Millimizin üzvü Qazaxıstan klubunda

Millimizin üzvü Qazaxıstan klubunda

Azərbaycan millisinin və "Araz-Naxçıvan" klubunun futzalçısı Hadi Ahmadi karyerasını Qazaxıstanda davam etdirəcək.

Fanat.Az Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı oyunçu "Bayterek"lə anlaşıb.

Hücumçunun Uralsk təmsilçisi ilə müqaviləsi 2022-ci ilin mayınadək nəzərdə tutulub.

Qeyd edək ki, “Bayterek” Qazaxıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Komanda dekabrın 11-də və 12-də “Kayrat”la qarşılaşacaq. Hadi Ahmadinin bu oyunlarda iştirak edəcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər