Millimizin üzvü oynamadı, komandası böyük hesabla uduzdu

Millimizin üzvü oynamadı, komandası böyük hesabla uduzdu
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubu II Bundesliqada növbəti oyununu keçirib. 
Fanat.Az xəbər verir ki, Aue təmsilçisi XXIX turda "Haydenhaym”ın qonağı olub. Qarşılaşma Nazarovun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 
30 yaşlı hücumçu matçda iştirak etməyib və sonadək ehtiyat oyunçular skamyasında qalıb. 
Qeyd edək ki, "Ertsgebirge" 38 xalla 8-ci, "Haydenhaym” isə 48 xalla 4-cü pillədə qərarlaşıb. Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər