Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə çempionatında 3-cü turun ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə onun formasını geyindiyi “Qrasshopper” klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, “Qrasshopper” Super Liqanın 3-cü turunda səfərdə lider “Yanq Boyz”la qarşılaşıb və 1:1 hesablı heç-heçəyə nail olub. Fasilədən dərhal sonra əvəzetmədən oyuna qoşulan millimizin üzvü 49-cu dəqiqədə fərqlənməklə “Qrasshopper”ə 1 xal qazandırıb. Beləliklə, Renat İsveçrə Super Liqasında ilk qoluna imza atıb.
Mirağa