Millimizin üzvü Hollandiyada qol vurdu

Millimizin üzvü Hollandiyada qol vurdu

Hollandiya birinci divizionunda 23-cü turun oyunları keçirilib.

 

19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü  Ziya Əzizovun çıxış etdiyi "Den Boş" doğma meydanda "NAC Breda" ilə qarşılaşıb. Görüş “Den Boş”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan azərbaycanlı futbolçu matçın 76-cı dəqiqəsində komandasının qələbə qolunu vurub. Bu, onun Hollandiya klubunda 3-cü qoludur.

 

Qeyd edək ki, "Den Boş" 23 turdan sonra 32 xalla 20 komanda arasında 13-cü pillədədir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər