Millimizin üzvü "Fənərbaxça"ya qarşı oynamayacaq

Millimizin üzvü "Fənərbaxça"ya qarşı oynamayacaq
Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab matçında "Fənərbaxça"nın qonağı olacaq "Giresunspor" meydana ciddi itkilərlə çıxacaq.
Fanat.Az xəbər verir ki, 1-ci liqa təmsilçisinin 5 futbolçusu oyunu buraxacaq. istanbul nəhənginə qarşı oynamayacaq futbolçular arasında 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozancan Kökçü də var. Qasığındakı zədədən əziyyət çəkən gənc yarımmüdafiəçi müalicə üçün Hollandiyaya gedib.
Qeyd edək ki, ilk oyunda "Fənərbaxça" rəqibini 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər