Millimizin üzvü Almaniyada dubl etdi - VİDEO

Millimizin üzvü Almaniyada dubl etdi - VİDEO

Milli komandamızın oyunçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, II Bundesliqada çıxış edən komanda “Herta”nın əvəzedici komandası ilə üz-üzə gəlib.

Oyun "Aue"nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna ilk "11-lik”də başlayan milli üzvü bir hissə meydanda olub. O, qarşılaşmanın ilk 20 dəqiqəsində dubl etməyə də imkan tapıb. Nazarov 15 və 20-ci dəqiqələrdə fərqlənib.

 

Qeyd edək ki, sözügedən komanda bundan əvvəlki sınaq oyununda həmşəhərliləri, ancaq aşağı liqada çıxış edən “Saksonia Bernsbax”a 24:0 hesabı ilə qalib gəlmişdilər. Həmin matçda Dmitri oynamamışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər