Millimizin üzvü 33 yaşında karyerasını bərpa etdi

Millimizin üzvü 33 yaşında karyerasını bərpa etdi
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Kseniya Poznyak (Koçyigit) karyerasını bərpa edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Volleyverse” portalı məlumat yayıb. 
33 yaşlı Belarus əsilli idmançı Filippinin "Generika Ayala Lifesavers” klubu ilə anlaşıb. O, komandanın heyətində fevralda keçiriləcək Super Liqada iştirak edəcək.
Qeyd edək ki, Kseniya karyerasını 2018-ci ilin avqustunda başa vurmuşdu. O, indiyədək Azərbaycanın "Azərreyl”, "Lokomotiv”, "Azəryol”, İtaliyanın "Parma”, Türkiyənin "Beşiktaş” və Rusiyanın "Leninqradka” klublarının formasını geyinib. 33 yaşlı idmançı 2002-ci ildən Azərbaycan millisində çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər