Millimizin uduzmadığı rəqiblə üçüncü sınağı

Millimizin uduzmadığı rəqiblə üçüncü sınağı

Məlum olduğu kimi,  Avropa çempionatının final mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan millisi yanvarın 17-də yoldaşlıq oyunu keçirəcək.

Fanat.Az xəbər verir ki, Borgloon şəhərində Belçika yığması ilə üz-üzə gələcək millimizin oyunu Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. 

Statistikaya diqqət yetirdikdə, komandalar indiyə qədər 2 rəsmi oyunda üz-üzə gəliblər. Maraqlıdır ki, qrup oyunlarından biri Belçikada, digəri isə ölkəmizdə keçirilib. İlk duel AÇ-1999-un seçmə mərhələsi çərçivəsində baş tutub. 1998-ci ilin dekabrında Belçikada keçirilən matçda qalib müəyyənləşməyib – 4:4. 

İkinci görüş isə 16 ildən sonra reallaşıb. Bu dəfə tərəflər Sərhədçi İdman kompleksində gücünü sınayıb. 2015-ci il martın 18-də keçirilmiş görüşdə komandamız 3:1 hesabı ilə qələbə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər