Millimizin sabiq üzvü I divizion klubunda - RƏSMİ

Millimizin sabiq üzvü I divizion klubunda - RƏSMİ
I divizion təmsilçisi "Sabah” qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, mövsümün ilk yarısında "Kəpəz"də çıxış edən Məhəmməd Qurbanovla müqavilə imzalanıb.
Millimizin sabiq üzvü mövsümün sonuna kimi Arif Əsədovun komandasında çıxış edəcək. 
Rusiyanın "Rostov" klubunun yetirməsi sayılan hücumameyilli yarımmüdafiəçi peşəkar karyerası ərzində "Taqanroq" (Rusiya), "Sumqayıt" və "Neftçi" klublarında da forma geyinib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər