"Həvəskarlar liqasında çıxış edən Bakının "Şirvan" komandasına keçmişəm. Komandanın məqsədi gələn il I divizionda çıxış etməkdi". Bu sözləri Fanat.Az-a açıqlamasında aşağı yaş qrupları üzrə milli komandalarımızın sabiq üzvü Habil Məmmədli deyib.
Son olaraq "Energetik"dən çıxış edən gənc futbolçu Mingəçevir təmsilçisindən ayrılmasının səbəbini açıqlayıb: "Energetik" bank təminatını verə bilmədi. Buna görədə I diviziona buraxılmadı. İngi Reginal Liqada çıxış edir. Mövsümün birinci yarısını orda oynamışam".
Habil "Şirvan"a baş məşqçi Kənan Kərimov tərəfindən dəvət olunduğunu bildirib: "Kənan Kərimov məni komandaya dəvət etdi. Dəyərləndirdim, şərtləri sərfəli olduğu üçün qəbul edim. "Şirvan"ın gələn il üçün hədəfləri var".
Futbolçu bildirib ki, yeni komandası bütün şəraitlə təmin olunub: "Komandamız bütün formalarla təmin olunub. Maaşlarımız ötən mövsümkü I divizion klublarının maaşından çoxdu. Hədəfimiz gələn il I divizion da çıxış etməkdi. Belə olmasa, Kənan Kərimov, Mehman Baxışov kimi mütəxəssislər bu komandada işləməz. Futbolu sevən prezidentimiz var, hər oyuna mükafatda vəd edib. Bu çempionatda çıxış etməyimiz gələn mövsüm üçün komandanı formalaşdırmaq məqsədi daşıyır".
Fanat.Az