Millimizin sabiq üzvü Gürcüstan klubundan qovuldu

Millimizin sabiq üzvü Gürcüstan klubundan qovuldu
Badri Kvaratsxeliya Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi postundan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı olub. Ölkə çempionatının XVII turunda "Rustavi"yə 1:2 hesablı məğlubiyyətdən sonra rəhbərlik 53 yaşlı mütəxəssisi istefaya göndərib. Aktivində 9 xal olan "Samtredia" turnir cədvəlinin soununcu - 10-cu pilləsində qərarlaşıb.
Qeyd edək, "Samtredia" Avropa Liqasının I təsnifat mərhələsində rəqib Qazaxıstanın "Tobol" klubu ilə qarşılaşacaq. Oyuna 8 gün qalmış komanda baş məşqçisiz qalıb.
Onu da qeyd edək ki,  Badri Kvaratsxeliya futbolçu karyerası ərzində "Şəmkir" və "Kəpəz" komandalarında çıxış edib. O, 1999-2000 mösümündə "Şəmkir"in heyətində 16 qolla Azərbaycan çempionatının bombardiri olub. Kvaratsxeliya həmçinin 3 dəfə Azərbaycan millisinin formasını geyinib, 2008-2009 mövsümündə "Standard" (Bakı) komandasının baş məşqçisi, 2012-2013 mövsümündə isə "Qəbələ"nin məşqçisi kimi çalışıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər