Millimizin sabiq qolkiperi 2-ci liqada

Millimizin sabiq qolkiperi 2-ci liqada

U-17, U-19, U-21 yığmalarında "çərçivə” qorumuş, əsas millimizə də çağırılmış Andrey Popoviç özünə yeni komanda tapıb.

 

Fanat.Az xəbər verir ki, o, karyerasını vətəni Ukraynada davam etdirəcək.

Qolkiper II liqa təmsilçisi "Minay"la anlaşıb. Komandanın təlim-məşq toplanışında olan oyunçunun çıxışı məşçilər korpusu tərəfindən bəyənilib. Popoviç klubla müqavilə imzaladıqdan sonra Slovakiya toplanışına aparılıb.

Qeyd edək ki, "Minay" 17 turdan sonra II liqanın A qrupunda liderdi.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər