Millimizin rəqibləri qələbə qazana bilmədi

Millimizin rəqibləri qələbə qazana bilmədi

Futzal üzrə Azərbaycan millisinin AÇ-2022-nin final mərhələsindəki rəqibləri yoldaşlıq oyiunları keçirib. 

Fanat.Az xəbər verir ki, final mərhələsində ilk rəqibimiz olacaq Gürcüstan millisi Tbilisidə Serbiya ilə üz-üzə gəlib. 

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu komandalar sabah daha bir oyun keçirəcəklər. 

Qrup mərhələsində son rəqibimiz olacaq Bosniya və Herseqovina isə turnirdə iştirak edir. Onlar ilk matçda Slovakiya ilə qarşılaşıblar. Oyun slovakların 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti görüşdə Çexiya futzalçıları ilə matçda da bosniyalılar qapısından 5 top buraxıb, 3 qol vurub. Oyun Çexiyanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, futzal üzrə Avropa çempionatının final mərhələsi gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək. Ardıcıl 6-cı dəfə final mərhələsində iştirak edəcək Azərbaycan millisi yanvarın 22-də Gürcüstan, 26-da İspaniya, 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər