Millimizin rəqibi məğlub oldu, Argentina inamlı qələbəyə sevindi

Millimizin rəqibi məğlub oldu, Argentina inamlı qələbəyə sevindi

Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Rusiya yığması səfərdə İran millisi ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib.

Ukrayna millisi İngiltərənin “Brentford” klubunun ikinci komandası ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Estoniya yığması Macarıstana üzülüb.

Dünya çempionu Argentina millisi isə Panama yığmasıyla qarşılaşıb və 2 cavabsız qolla qalib gəlib.

Yoxlama oyunları 23 mart

Honduras – El Salvador 1:0 Solomon adaları – Vanuatu 2:0 Yeni Zelandiya – Çin 0:0 Honq Konq – Sinqapur 1:1 Malayziya – Türkmənistan 1:0 Brentford 2 – Ukrayna 0:2 İran – Rusiya 1:1 Macarıstan – Estoniya 1:0 Argentina – Panama 2:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər