Millimizin məşqçisi infarktdan vəfat etdi

Millimizin məşqçisi infarktdan vəfat etdi

Qılıncoynatma üzrə Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərov vəfat edib.

Fanat.Az Azərbaycan Qılıncoynatma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis “European Cadet Circuit” turniri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olarkən qəfil ürək tutmasından dünyasını dəyişib.

Federasiya məşqçinin vaxtsız vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər