Yığmamızın məşqçisi ilk beynəlxalq zəfəri dəyərləndirdi

Yığmamızın məşqçisi ilk beynəlxalq zəfəri dəyərləndirdi

"İlk beynəlxalq oyunumuz olsa da, yaxşı çıxış etdik. Birinci hissədə daha rahat oynadıq və fasiləyə qalib yollandıq”.

 

 

Fanat.Az xəbər verir ki, bunu "azfutzal.az” saytına açıqlamasında 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin məşqçisi Ağatahir Əzimov deyib.

Gürcüstanın uyğun yaş qrupundan ibarət yığması ilə Tbilisidə bu axşam keçirilən yoldaşlıq oyunundan sonra mütəxəssis oyun haqda danışıb: "Üstünlüyümüzü ikinci hissənin ortalarına qədər davam etdirdik. Fərqi artırana qədər gərginlik hiss olunmurdu. Sonra rəqib qapımıza yol tapdı. Ancaq futzalçılarımız oyun intizamından qopmadılar və 2 topluq fərqi yenidən bərpa etdilər. Bundan sonra meydan sahibi komanda qapıçını da meydan oyunçusu ilə əvəz etdi. Artıq futzalçılarımızın əziyyət çəkdiyi aydın idi. Düzdü, məşqlərdə "5-in 4-ə” üzərində də işləmişdik. Əziyyət çəksək də, oyun intizamından qopmamağa çalışdıq. Hərçənd səhvə yol verdik və görüşün son dəqiqəsində onlar qol vurdular. 3:2-dən sonra hesabı qorumağa çalışdıq. Ümumiləşdirsək, yaxşı oyun göstərdiyimizi deyə bilərəm”.

Qeyd edək ki, "Tbilisi Olimpik Palace”də keçirilən qarşılaşma yığmamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər