Millimizin matçı moldovalı hakimlərə tapşırıldı

Millimizin matçı moldovalı hakimlərə tapşırıldı
Bu gün futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına həvalə edilib.
Baş hakim Dumitru Munteana, Vadim Vikol və Vladislav Lifciu kömək edəcək.
Qeyd edək ki, bu gün Minskdəki "Dinamo" Milli Olimpiya Stadionundakı matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər