Millimizin lideri son görüşlərini keçirəcək

Millimizin lideri son görüşlərini keçirəcək

Bu gün daha dörd turun oyunları ilə şahmat üzrə "Hou Yifan Challenge" adlı turnirə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında israilli Yahli Sokolovski ilə üz-üzə gələcək. Növbəti üç turda isə o, müvafiq olaraq Tintsze Ley (Çin), Evonder Lyan (ABŞ) və Volodar Murzinlə (Rusiya) qüvvəsini sınayacaq.

Şahmatçımız 12 turdan sonra 3,5 xalla 15-ci sıradadır. Yarış cədvəlinə 10 xalla almaniyalı Vinsent Keymer başçılıq edir.

Qeyd edək ki, turnirdə Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparır. Mükafat fondu 15 min dollardır. Qalib 3 min dollarla yanaşı, növbəti Çempionlar Turunun ilk yarışında iştirak hüququ qazanacaq. Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər