21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Fanat.Az xəbər verir ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq.
Hər iki oyun "Azərsun Arena"da keçiriləcək.
Bu oyunlar üçün U-21 yığmamıza aşağıdakı futoblçular dəvət alıblar:
1. Amin Ramazanov - Qarabağ 2. Rüstəm Samiqullin - Sabah 3. Yusif İmanov - Sabah 4. Süleyman Damadayev - Şamaxı 5. İbrahim Ramazanov - Qəbələ 6. Seymur Məmmədov - Sabah 7. Cəlal Hüseynov - Arda (Bolqarıstan) 8. Həzrət İsayev - İmişli 9. Abdulla Rzayev - Araz-Naxçıvan 10. Rüfət Əhmədov - Kəpəz 11. Rüfət Abbasov - Neftçi 12. Ayxan Süleymanlı - Sumqayıt 13. Qurban Səfərov - Şamaxı 14. Nazim Həsənzadə - Zirə 15. Camal Cəfərov - Kəpəz 16. Ramin Nəsirli - Araz-Naxçıvan 17. Xəyal Əliyev - Sabah 18. Murad Vəliyev - Nomme Yunayted (Estoniya) 19. Fərid Yusifli - Turan Tovuz 20. Emil Səfərov - Qəbələ 21. Zeynəddin Abdurahmanov - Səbail 22. Samir Abdullayev - Səbail 23. Mehrac Baxşalı - Qəbələ 24. Nəriman Axundzadə - Qarabağ 25. Ağadadaş Salyanski - Neftçi