Millimizin forvardına qahmar tapıldı:"Onu hədəfə almayın"

Millimizin forvardına qahmar tapıldı:"Onu hədəfə almayın"

“Dəniz Yılmazın cinahda oynamasının səbəbi Kubilay Kanatsızkuşa forvard mövqeyində şans vermək, onu qazanmaq idi. Dəniz çalışır,bacardığından artığını ortaya qoymağa cat atır. Adət etdiyi mövqedə oynamadığı halda, fədakarlıqla mübarizə aparır. Yılmazın bu dərəcədə tənqid olunmasına üzüldüm. O, buna layiq deyil”. Fanat.Az, xəbər verir ki, bu sözləri “Bursaspor”un baş məşqçisi Hamza Hamzoğlu deyib.

 

Türkiyə kubokunda “Akhisar”dan darmadağın alan (1:4) “timsahlar”ın yeganə qolunu Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz vursa da, azarkeşlər məğlubiyyətin əsas səbəbkarlarından birinin məhz o olduğunu düşünür.
 

Hamzaoğlu yerli mətbuata müsahibəsində hücumçunu müdafiə edib: “Yılmaz cinaha çəkiləndən sonar Kubilay komandanın önəmli fiqurlarından biri oldu.  “Akhisar”la matçda komanda şəklində zəif idik. Fərdləri hədəfə çevirmək  doğru deyil. Hər şeyi Dənizin üstünə atanları anlamıram”.

 

Qrup mərhələsinin ilk 5 oyununda eyni sayda xal yığan “Bursaspor” son tur ərəfəsində  3-cü pillədədi.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər