Millimizə yeni qapıçı seçilir

Millimizə yeni qapıçı seçilir
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Draqoslav Poleksiç Ayxan Arazlı ("Qarabağ”), Yusif İmanov ("Sabah”), Elməddin Sultanov ("Kəpəz”) və Vüsal Şabanov ("Zaqatala”) üçün bir günlük məşq keçib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində təşkil edilib.
Məşqin məqsədi Azərbaycan yığmasına potensial namizəd qapıçıların hazırlıq səviyyəsini yoxlamaqdır.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər