Millimizdən Türkiyədə daha bir qələbə

Millimizdən Türkiyədə daha bir qələbə

Azərbaycanın basketbol üzrə U-18 millisinin Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı davam edir.

Fanat.Az xəbər verir ki, Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı çərçivəsində komandamız onlardan yaşca böyük “Dostluk" kollektivinin qonağı olub və qarşılaşmadan 90:74 hesablı qələbə ilə ayrılıb.

Millimizin ən məhsuldar basketbolçusu 20 xalla Əli Həsənov olub. Səid İsmayılov isə oyunu 17 xal, 12 assist ilə tamamlayıb.

Qeyd edək ki, komandamız toplanış çərçivəsində  daha əvvəl yerli "Darruşafaka U-18" kollektivi ilə qarşılaşıb və 68:61 hesabı ilə qələbə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər