Millimiz yoxlama oyununda məğlub oldu

Millimiz yoxlama oyununda məğlub oldu

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışını başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, BƏƏ-nin U-20 komandası ilə qarşılaşan milli 2:4 hesabı ilə məğlub olub. Azərbaycan millisinin qollarını 69-cu dəqiqədə Sadiq Bagiev və 85-ci dəqiqədə Nəriman Axundzadə vurub.

Azərbaycan yığması BƏƏ ilə ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər