Millimiz yenə ərəblərdən üstün oldu

Millimiz yenə ərəblərdən üstün oldu

Dubay şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə növbəti yoldaşlıq oyunu keçirib. 

Fanat.Az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qələbə qolunu Sevinc Cəfərzadə vurub.

Bu komandalar arasında martın 3-də keçirilmiş yoldaşlıq oyunu da millimizin qələbəsi ilə yekunlaşmışdı – 3:2.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər