Millimiz tarixi şansı əldən verdi

Millimiz tarixi şansı əldən verdi

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün son turun görüşləri keçirilib.

Fanat.Az xəbər verir ki, 16 xalla üçüncü sırada olan qadınlardan ibarət yığmamız XI turda Gürcüstan kollektivi ilə qarşılaşıb. Günay Məmmədzadə birinci, Gövhər Beydullayeva üçüncü lövhədə görüşlərini heç-heçə ilə başa vurub. İkinci və dördüncü lövhələrdəki təmsilçilərimiz - Xanım Balacayeva ilə Ülviyyə Fətəliyeva isə məğlubiyyətlə üzləşiblər. Beləliklə, yekunda 1:3 hesabı ilə uduzan seçməmiz tarixdə ilk dəfə Olimpiadada medal qazanmaq şansını əldən verib. Yığma yekun sıralamada 8-ci olub.

Kişilərdən ibarət milli isə Serbiya ilə münasibətləri aydınlaşdırıb. Şəhriyar Məmmədyarovun ilk lövhədəki qələbəsi görüşdə həlledici olub və komandamız rəqibini 2,5:1,5 hesabı ilə yenib. Bu nəticə ilə xalını 16-ya çatdıran yığma 7-ci yerlə kifayətlənib.

Kişilərdə çempion Özbəkistan, qadınlarda Ukrayna seçməsi olub.

Ümumdünya Şahmat Olimpiadası

Kişilər

XI tur

Azərbaycan – Serbiya 2,5:1,5

Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç 1:0

Rauf Məmmədov – Velimir İviç 0,5:0,5

Qədir Hüseynov – Robert Markus 0,5:0,5

Vasif Durarbəyli – İvan İvanişeviç 0,5:0,5

Qadınlar

XI tur

Azərbaycan – Gürcüstan 1:3

Günay Məmmədzadə – Nana Caqnidze 0,5:0,5

Xanım Balacayeva – Nino Batsiaşvili 0:1

Gövhər Beydullayeva – Lela Cavaxişvili 0,5:0,5

Ülviyyə Fətəliyeva – Meri Arabidze 0:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər