17 yaşadək qızlardan ibarət yığmalar arasında Avropa çempionatının elit-raund mərhələsinin VII qrupunda mübarizəyə yekun vurulub. Fanat.Az xəbər verir ki, Almaniyada təşkil olunan qrupda son iki matç baş tutub.
Siyasət Əsgərovun yetirmələri bu gün son oyununda İslandiya ilə qarşılaşıb. İlk iki oyunda Almaniyaya 0:5, İrlandiyaya 0:1 hesabı ilə uduzan komandamız yenə meydanı məğlub tərk edib. Yığmamız elit-raundda ilk qolunu vursa da, qrupu xalsız başa vurub – 1:3.
Qrupun digər oyununda Almaniya ilə İrlandiya qarşılaşıb. Bundestim 2 cavabsız qolla qələbə qazanıb və 1-ci yeri tutub.
Avropa çempionatı
Elit-raund
III tur
28 mart
Azərbaycan - İslandiya 1:3
Qollar: Deli, 60 - Eriksdottir, 8; 36. Cek, 47.
Hakimlər: Anastasiya Romanyuk, Oleksandra Vdovina (Ukrayna), Anja Klimm, Miriam Şveynefuv (Almaniya).
Noybrandenburq. "Neu.sw Stadion”.
|
1. |
Almaniya |
3 |
3 |
0 |
0 |
10-1 |
9 |
|
2. |
İslandiya |
3 |
2 |
0 |
1 |
6-5 |
6 |
|
3. |
İrlandiya |
3 |
1 |
0 |
2 |
2-4 |
3 |
|
4. |
Azərbaycan |
3 |
0 |
0 |
3 |
1-9 |
0 |
Fanat.Az