Millimiz rumınlara da böyük hesabla uduzdu

Millimiz rumınlara da böyük hesabla uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Rumıniya komandası ilə qarşılaşan futbolçularımız 0:4 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda Ukraynaya da eyni hesabla uduzmuşdu.

Millimiz turnirdə növbəti oyununu aprelin 28-də Yunanıstan komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər