Kolumbiyada davam edən futzal üzrə dünya çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, milli komandamız da qrupdakı son matçına çıxıb.
Yığmamız İranla qarşılaşıb. Cənub qonşularımızın da bizim kimi bir qələbəsi və bir məğlubiyyəti olduğundan 1/8 finalın taleyi məhz bu görüşdən asılı idi.
Oyun 3:3 hesablı bərabərliklə başa çatıb. Bununla da qrupda ikinci pilləni tutan yığmamız 1/8 finala yüksəlib.
Dünya çempionatı
Qrup mərhələsi. III tur
19 sentyabr
Azərbaycan - İran 3:3
Qollar: Tyaqo, 2. Qallo, 22; 32 - İsmaelpur, 1. Tavakoli, 21. Tayebi, 36.
Fanat.Az