Millimiz "AVRO-2016"nın 1/4 finalında - rəqibimiz müəyyənləşdi

Millimiz "AVRO-2016"nın 1/4 finalında - rəqibimiz müəyyənləşdi
Futzal üzrə Avropa çempionatının final mərhələsində III turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Serbiyada təşkil olunan turnirdə D qrupunda mübarizə aparan Azərbaycan millisinin növbəti mərhələyə yüksəlib.
 
Belə ki, yığmamızla eyni qrupda yer alan İtaliya və Çexiya komandalarının qarşılaşması bizim üçün uğurlu olub. İki oyundan sonra hesabında 3 xal olan millimiz İtaliyanın çexlərə darmadağınla qalib gəlməsindən sonra (7:0) qrupda ikinci yeri tutub və 1/4 finala yüksəlib.
 
Milli komandamızın rəqibinin kimliyinə də aydınlıq gəlib. D qrupunda ikinci yerə çıxan Tino Perezin yetirmələri reqlamentə görə C qrupunun qalibi Rusiya millisi ilə qarşılaşacaq. Oyun fevralın 9-da baş tutacaq və Bakı vaxtı  ilə saat 21.30-da başlayacaq.
Yer aldığımız qrupun qalibi İtaliya isə həmin qrupun ikincisi Qazaxıstanla oynayacaq. Digər iki cütlükdə isə Serbiya Ukraynanı, Portuqaliya İspaniyanı sınağa çəkəcək.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər