Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Fanat.az хəbər verir ki, Azərbaycan yığmasının mövqeyində dəyişiklik olmayıb.
Yığmamız yenə 13-cü pillədə qərarlaşıb. Komandamızın aktivində 1369 xal var.
Millimizin "DÇ-2016"nın seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 1344 xalla 16-cı, Belarus 1224 xalla 21-ci, İsveç isə 893 xalla 62-ci olub. Belarus 1 pillə irəliləyib, İsveç 2 pillə geriləyib.
Qeyd edək ki, siyahıya yenə 1922 xalla İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb.

Fanat.az