16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Minsk şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Qazaxıstan yığması ilə qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan yığmamız 4:2 hesabı ilə qələbə qazanıb və turnirdə ikinci yeri tutub.
Xatırladaq ki, ilk turda Farer adalarına 2:0 hesabıyla qalib gələn Azərbaycan millisi ardından Belarusa 1:2 hesabıyla yenilmişdi.
Fanat.Az