Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında mübarizəyə start verilib. Fanat.az хəbər verir ki, Azərbaycan yığması bu gün qrupda ilk oyununu keçirib.
Millimizin ilk rəqibi İsveç olub. Xorvatiyanın Osiyek şəhərindəki “Dvoryana Qradska” İdman Kompleksində baş tutan oyunda 10 qol vurulub və komandamız 8:2 hesablı qələbə qazanıb. Yığmamızın heyətində Eduardo het-trik, Vitali Borisov dubl edib, Auqusto, Amadeu və Fino De Araujo hərəyə bir qol vurub.
Millimizin qrupunda bu gün daha bir matç baş tutacaq. Belə ki, qrupun oyunlarına ev sahibliyi edən Xorvatiya Belarusu sınağa çəkəcək.
Qeyd edək ki, yığmamız sabah Belarus, dekabrın 13-də Xorvatiya ilə qarşılaşacaq.
DÇ-2016
Seçmə mərhələ
II qrup, I tur
10 dekabr
Azərbaycan - İsveç 8:2
Qol: Vitali Borisov, 3; 15. Auqusto, 11. Amadeu, 11. Fino De Araujo, 20. Eduardo, 25; 26 ; 36- Kristian Leqyeç, 24. Matias Eteus, 33.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Zeynal Zeynalov, 4. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 6. Eduardo, 2. Samir Həmzəyev, 5. Fino De Araujo, 9. Auqusto, 10. Amadeu, 15. Rafael, 17. Andre, 18. Sergey Çuykov.
Baş məşqçi: Tino Peres.
İsveç: 1. Kristoper Solberq, 2. Niklas Asp, 7. Matias Eteus, 10. Dan Monell, 14. Aqon Beqiri.
Ehtiyat oyunçular: 12. Markus Gerd, 3. Sarqon Abraham, 4. Lusiano Lorka, 5. Hanna Abraham, 6. Patrik Burda, 8. Adam Stefansson, 9. Kristian Leqyeç, 11. Dana Kuhi, 13. Kristoffer Yonsson (SWE).
Baş məşqçi: Karbel Abraham.
Hakimlər: Qabor Kovaç (Macarıstan), Vladimir Kadıkov (Rusiya).
Osiyek. “Dvoryana Qradska” İdman Kompleksi.
Fanat.az