Millimiz Fransa ilə üz-üzə

Millimiz Fransa ilə üz-üzə

Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində ilk matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, seçməmiz Bosniya Herseqovinada təşkil ediləcək qrup oyunlarında Fransa yığması ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qrupun digər matçında Yunanıstan və Bosniya və Herseqovina milliləri qarşılaşacaq.

22 mart.

20:00. Fransa – Azərbaycan Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər