Millimiz finala çıxa bilmədi- TÜRKİYƏ İLƏ QARŞILAŞACAQ

Millimiz finala çıxa bilmədi- TÜRKİYƏ İLƏ QARŞILAŞACAQ

Bu gün Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin oyunları start götürüb. Fanat.Az xəbər verir ki, günün birinci yarımfinalında millimiz Hollandiya ilə qarşılaşıb.

 

12 il əvvəl müəyyənləşdirdiyi rekordu təkrarlayan, 1/4 finalda Almaniyaya set vermədən qalib gələn və  "portağallar"la duel şansı yaxalayan seçməmiz yeni rekord uğrunda mübarizə aparıb. Gərgin keçən görüşdə qalib 5-ci setdə müəyyənləşib. Ölkə başçısının da canlı izlədiyi qarşılaşmada finala hollandlar adlayıb.

 

Yarımfinalın digər oyununda isə Rusiyanı 3:0 hesabıyla yenərək mübarizədən kənarlaşdıran Türkiyə çempionluğa əsas namizəd Serbiya önündə imtahan verib. Yarışın favoritinə yenilən "ay-ulduzlular" sabah 3-cü yer uğrunda görüşdə millimizlə qarşılaşacaq.

 

 

Avro-2017

Yarımfinal mərhələsi

30 sentyabr

 

Hollandiya - Azərbaycan 3:2 (20:25; 25:19; 25:19; 25:27; 15:12)

Hakimlər: Vladimir Oleynik (Rusiya), Onur Hoşnut (Türkiyə)

 

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

Baş məşqçi: Faiq Qarayev

 

Hollandiya: 1. Kirsten Knip, 2. Femke Stoltenborq, 3. Yon Belien, 4. Seleste Plak, 5. Robin de Kroyf, 6. Maret Balkesteyn-Qrotues, 9. Mirte Şut, 10. Lonneke Sloetyes, 11. Enn Buys, 14. Laura Dijkema, 18. Marrit Yesper, 19. Nika Daalderop, 20. Tessa Polder, 22. Nikole Kulhaas

Baş məşqçi: Ceymi Morrison

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər