Millimiz dünya reytinqində Niger və Tailanddan da geri düşdü

Millimiz dünya reytinqində Niger və Tailanddan da geri düşdü
FIFA milli komandaların yeni reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, iki pillə geriləyən Azərbaycan yığması 1175 xalla 114-cü sırada qərarlaşıb. 2 xal itirən komandamız Niger və Tailandı özündən qabağa buraxıb.
Bu geriləməyə səbəb komandamızın son uğursuzluqlarıdı. UEFA Millətlər Liqasının C liqasının 1-ci qrupunda Monteneqroya 0:2 hesabı ilə uduzan yığmamız ardınca Kiprlə qolsuz heç-heçə edib.
 
Millimizin noyabrın 10-da yoldaşlıq oyunu keçirəcəyi Sloveniya 2 pillə irəliləyərək 62-ci yerə yüksəlib (1376 xal). Komandamızın noyabrın 14-də UEFA Millətlər Liqası çərçivəsində üz-üzə gələcəyi Monteneqro 1 pillə geriləyib (64-cü yer, 1369 xal), bundan 3 gün sonra qarşılaşacağı Lüksemburq isə 2 pillə irəliləyib (95-ci yer, 1247 xal). Millinin rəqiblərindən Kipr seçməsi шыэ 1225 xalla bir pillə geriləyərək 99-cu ola bilib.
Qardaş Türkiyə millisi 1486 xalla 33-cü pillədədi. Şenol Günəşin yetirmələri bir pillə geriləyib.
Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1773), Fransa (1744) və Braziliya (1712) qərarlaşıb. 1486 xalı olan Türkiyə millisi isə 3 pillə geriləyərək 33-cü sırada yer alıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər