Millimiz bu dəfə ruslara qalib gəldi

Millimiz bu dəfə ruslara qalib gəldi
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələri Rusiya yığması ilə qarşılaşıb.
 
Azərbaycanda keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlaşan komandamız ikinci dəfə şimal qonşularımızla üz-üzə gəlib. Yığmamız iki gün əvvəl üzləşdiyi 1:5 hesablı məğlubiyyətin əvəzini çıxa bilib. 
 
Belə ki, Orxan Məmmədovun idarə etdiyi görüşdə millimiz son saniyələrdə qol vuraraq, 1:0 hesablı qələbə qazanıb.  Komandamızın qoluna matçın son dəqiqələrində Mətin Gülər imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər