Millimiz acığını "cırtdan"dan çıxdı

Millimiz acığını "cırtdan"dan çıxdı

17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində Lixtenşteyn yığması ilə keçirilmiş qarşılaşmada 8:0 hesablı qələbə qazanıb.

Niyazi Osmanovun dubl etdiyi oyunda millimizin digər qollarını Elton Mikayılov, Murad Məmmədov, İlkin Cəfərli, Əhməd Tarverdiyev, Əşrəf Ələkbərli və Davud Mənsumov vurub.   Xal: Ukrayna – 7. Bosniya və Herseqovina – 7. Azərbaycan – 3. Lixtenşteyn – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər