Millimiz 4 pillə gerilədi, Almaniya zirvəni ələ keçirdi

Millimiz 4 pillə gerilədi, Almaniya zirvəni ələ keçirdi

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.Az xəbər verir ki, siyahıda bəzi dəyişikliklər baş verib.

Milli komandamız 4 pillə geriləyib. Buna Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya 0:1 hesablı məğlubiyyət səbəb olub. Aktivində 427 xal olan komandamız 80-ci pilləyə yuvarlanıb. Ötən ay 76-cı yerdə qərarlaşan yığmamızın 439 xalı var idi.

"DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərimizdən Almaniya 1-ci pilləyə yüksəlib. Buna səbəb almanların Rusiyada keçirilən Konfederasiyalar Kubokunun qalibi olmasıdı. Almaniyanın aktivində 1609 xal var.

Millimizə qalib gələn Şimali İrlandiya 897 xalla 22-ci yerdə qərarlaşıb. Britanliyalılar 6 pillə irəliyib. 40-cı yeri tutan Çexiya 4 pillə irəlilyə bilib (714 xal). Norveç isə əksinə, 1 pillə geriləyib və 88-ci yerə düşüb (391). 12 xalla 204-cü pillədə qərarlaşan San Marino mövqeyini qoruyub.

Qeyd etdiymmiz kimi, Almaniya ilk pilləni ələ keçirib. Buna uyğun olaraq Braziliya 2-ci (1603), Argentina 3-cü (1413) yerə düşüb. Portuqaliya (1332), İsveçrə (1329) və Polşa (1319) 4 pillə irəliləyərək 4-6-cı yerləri tutublar. Çili (1250), Kolumbiya (1208), Fransa (1199) və Belçika (1194) 3 pillə geriləyərək 7-10-cu yerlərdə qərarlaşıblar. Bir pillə geriləyən İspaniya "onluq"dan çıxaraq 11-ci yeri tutub (1114).

Türkiyə yığması 33-cü yerə düşüb. 8 pillə geriləyən "ay-ulduzlular"ın aktivində 779 xal var. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər