Millimiz 3-cü səbətdə

Millimiz 3-cü səbətdə

Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasiminin vaxtı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, tədbir iyunun 8-də, saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzi-qərargahında təşkil olunacaq. 

Artıq komandalar səbətlərə bölünüblər. Əsas mərhələni ən yaxşı qrup ikincisi kimi tamamlayan və bu mərhələyə birbaşa vəsiqə qazanan Azərbaycan millisi elit-raund üçün hazırlanmış 3-cü səbətdə yer alıb. Bu səbətdə Ermənistan, Fransa, Serbiya və Sloveniya yığmaları qərarlaşıb. Bu isə o deməkdir ki, millimiz püşkdən sonra öz qrupunun 3-cüsü olacaq bu 4 komandanın heç biri ilə eyni qrupda yer almayacaq.

1-ci səbət

Xorvatiya Qazaxıstan Portuqaliya İspaniya Ukrayna

2-ci səbət

Gürcüstan İtaliya Polşa Rumıniya Slovakiya

3-cü səbət

Azərbaycan Ermənistan Fransa Serbiya Sloveniya   4-cü səbət

Belçika Çexiya Finlandiya Almaniya Niderland   Elit-raundda bu 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla, mübarizə aparacaq. Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Final mərhələsinə ev sahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.

Elit-raund mərhələsinin oyunları 3 ay ərzində keçiriləcək. Tarixlər bu şəkildə müəyyənləşdirilib:

11-20 sentyabr 2-11 oktyabr 11-20 dekabr  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər