FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Fanat.Az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin son 2 oyununda Norveçə rəqib meydanında uduzan (0:2) və San Marinonu evdə yenən (5:1) seçməmiz 13 pillə geriləyib.
"Cırtdanlar" üzərində parlaq zəfər işə yaramayıb. Qələbəyə rəğmən xal hesabımız 427-dən 388-ə düşüb. Avqustda 79-cu olan yığmamız yeni siyahıda 92-ci pillədədi.
Millimiz və “qonşular”ı
88 (91). Benin – 400
88 (102). İraq – 400
88 (82). Keniya – 400
91 (93). Fələstin - 389
92 (79). Azərbaycan – 388
93 (89). Farer adaları – 384
94 (92). Qvineya-Bissau – 381
95 (81). Konqo – 378
96 (95). Kanada - 368
İlk "onluq"da ciddi dəyişikliklər nəzərə çarpır. Almaniya Braziliyanı arxada qoyaraq, FİFA reytinqində zirvəyə qalxıb.
Planetin 10 ən güclü yığması
1 (2). Almaniya – 1606
2 (1). Braziliya – 1590
3 (6). Portuqaliya – 1386
4 (3). Argentina – 1325
5 (9). Belçika – 1265
6 (5). Polşa - 1250
7 (4). İsveçrə - 1210
8 (10). Fransa – 1208
9 (7). Çili – 1195
10 (8). Kolumbiya – 1191
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız San-Marino 204-cü yerdə qalıbsa, Almaniya 1, Şimali İrlandiya 3, Norveç 12 pilləlik sıçrayışa nail olub. Çexiya isə 18 pillə geriləyib.
Millimizin seçmə mərhələdəki rəqibləri
1 (2). Almaniya – 1606
20 (23). Şimali İrlandiya - 945
58 (40). Çexiya - 630
73 (85). Norveç - 472
204 (204). San-Marino – 10
Fanat.Az