Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VII qrupunda mübarizəyə start verilib. Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının qüvvəsini sınayacağı qrupun görüşləri İrlandiyada baş tutacaq.
Təbriz Həsənovun yetirmələri ilk turda meydan sahibləri ilə qarşılaşıb. Lüksemburqlu Alen Duronun idarə edəcəyi görüş Uoterford şəhərindəki Regional İdman Mərkəzində keçirilib.
Matçda hesab açılmayıb. Millimizin rəqibi görüşün son 6 dəqiqəsini bir nəfər azlıqda keçirsə də, təmsilçimiz say üstünlüyündən yararlana bilməyib.
Qeyd edək ki, qrupun açılış oyunu başa çatandan sonra Serbiya ilə Kipr görüşəcək.
Avropa çempionatı
Seçmə mərhələsi
VII qrup
I tur, 4 oktyabr
Azərbaycan - İrlandiya 0:0
Uoterford. Regional İdman Mərkəzi
Fanat.Az