Milli üzvü oynadı, komandası qələbə qazandı

Milli üzvü oynadı, komandası qələbə qazandı

Çexiyanın gənclər liqasında 20-ci turun oyunları keçirilib.

 

 

Fanat.Az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Dukla” (Praqa) ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Nəbiyev start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

"Slaviya”nın U-21 komandası hazırda 26 xalla 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər