İspaniya Sequndasında XXII tur başa çatıb. Fanat.Az xəbər verir ki, yığmamızın futbolçusu Eddi İsrafilovun klubu - “Kadis” də növbəti oyununa çıxıb.
“Ağ-yaşıllar” “Almeriya”nı qəbul edib və qalib gəlib - 1:0.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan İsrafilovun xidmətinə final fitinədək ehtiyac duyulmayıb.
22 turdan sonra hesabında 36 xal olan “Kadis” turnir cədvəlində 3-cüdü.
Fanat.Az