Milli komandamızda ağır itki

Milli komandamızda ağır itki

Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib. 

Fanat.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədəli olduğü üçün heyətdən çıxarılıb. O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib. 

Qeyd edək ki, Azərbaycan yığması Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər