Milli komandada yeni baş məşqçi

Milli komandada yeni baş məşqçi

İslandiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, sözügedən komandanı bundan sonra norveçli mütəxəssis Oqe Hareyde çalışdıracaq.

69 yaşlı məşqçi ilə müqavilənin müddəti açıqlanmayıb. O, bu postda ötən ay istefaya göndərilmiş Arnar Vidarssonu əvəz edib.

Hareyde vaxtilə Norveç (2003-2008) və Danimarka (2016-2020) yığmalarına da rəhbərlik edib. O, “Molde”, “Helsinqborq”, “Bröndbü”, “Rusenborq”, “Erqryute”, “Vikinq”, “Malmö”nün də ba məşqçisi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər