21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının “Antalya Cup” turnirində Səudiyyə Ərəbistanının U-20 komandası ilə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb. Fanat.az xəbər verir ki, yığmamızın baş məşqçisi Yaşar Vahabzadə oyunla bağlı fikirlərini AFFA-nın saytına bildirib:
"Nəticədən razı qaldım. Lakin oyunumuz məni qane etmədi. Təbii ki, rəqibin azlıqda qalması oyunun gedişinə təsirini göstərdi. Məni narazı salan məqamlardan ən əsası ötürmələrdə çoxlu səhvə yol verməyimiz oldu. Havanın küləkli olması da oyun keyfiyyətini aşağı salan amillərdən idi".
Fanat.az