Millətlər Liqası: Millimizin rəqibləri müəyyənləşdi 

Millətlər Liqası: Millimizin rəqibləri müəyyənləşdi 

Bu gün UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.

Fanat.Az xəbər verir ki, İsveçrənin Montrö şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. C Liqasında yer alan yığmamız püşkatmaya 3-cü səbətdən qatılıb.

Seçməmiz C liqasının C qrupunda Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə mübarizə aparacaq.

Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər