Millətlər Liqası: 2-ci tura yekun vurulur

Millətlər Liqası: 2-ci tura yekun vurulur

Bu gün UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, turun son oyun günündə 9 matç baş tutacaq.

Günün ən prinsipial görüşlərdən biri A Liqasında Niderlandla Almaniya arasında baş tutacaq. Amsterdamdakı "Yohan Kroyff Arena"da keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

İlk turda Çexiya üzərində inamlı qələbə qazanan Gürcüstan yığması səfərdə Albaniyanın qonağı olacaq.

Qeyd edək ki, C Liqasının I qrupunda yer alan Azərbaycan yığması ilk turda İsveçə 1:3, ikinci turda isə Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.

UEFA Millətlər Liqası 2-ci tur 10 sentyabr

A Liqası

22:45. Macarıstan - Bosniya və Herseqovina 22:45. Niderland - Almaniya

B Liqası

22:45. Albaniya - Gürcüstan 22:45. Çexiya - Ukrayna 22:45. İngiltərə - Finlandiya 22:45. İrlandiya - Yunanıstan

C Liqası

20:00. Latviya - Farer adaları 22:45. Şimali Makedoniya - Ermənistan

D Liqası

22:45. Andorra - Malta

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər