"Yorğunluğun təsiri var. Amma artıq bu ritmə alışmışıq. Müəyyən müddətdi ki, cümə axşamları oyunlarımız olur. Düzgün rejim və istirahətlə bu oyunlara hazırlaşırıq”.
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Miçel Azərbaycan Premyer Liqasının XI turunda "Qəbələ” üzərində əldə edilən 3:1 hesablı qələbədən sonra söyləyib.
Oyunun 64-cü dəqiqəsində Ağdam komandasının 2-ci qoluna imza atan ispaniyalı yarımmüdafiəçi ikinci hissədə tempi artırmalarını oyuna köklənməyi bacarmaları ilə əlaqələndirib: "Bütün bunun arxasında yaxşı hazırlıq durur. Digər tərəfdən köklənmən yüksək səviyyədədirsə və inanırsansa, meydana inamla çıxırsan və bu, səndə alınır.Vurduğum qolda daha çox pay sahibi mən, yoxsa rəqibin qapıçısıdrmı? Əsas odur ki, cəhd etmək lazımdır və mən də bunu etdim. Top qapı xəttini keçəndən sonra kimin sayəsində olması önəm kəsb etmir”.
İspan yarımmüdafiəçi ilk hissədə qol vurmasalar da, yaxşı oyun göstərdiklərini vurğulayıb: "Birinci hissədə də topa nəzarət bizdə idi, rəqibi qapısına sıxışdırmışdıq. Sadəcə olaraq, hücumlarda qığılcım çatmırdı. Fasilədən sonra bu çatışmazlığı aradan qaldırdıq”.
Fanat.Az