"Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm" - Qurban Qurbanov

"Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 18-ci turunun “Qəbələ” ilə matçından sonra mətbuat konfransında iştirak edib. 

Fanat.Az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 5:1 hesabıyla qalib gəldikləri oyun haqda bunları söyləyib:   “Çox danışmayacam. Futbolçularımı təbrik edirəm. Rəqibə uğurlar arzulayıram, yaxşı komandadır. Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandır ki, bu arenada oynamamışdıq. Hamı üçün xoş oldu. Əsl bolqollu futbol oldu. Hər iki komandaya uğurlar arzulayıram”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər